Mirmehdinin "Alman malı" hekayələr kitabı çıxd;

Yanvarın 30-da Mirmehdi Ağaoğlunun "Alman malı” hekayələr kitabının imza günü keçiriləcək. "ATV Kitab" seriyasından "Parlaq imzalar” nəşriyyatında çap olunan kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr daxil edilib.
Nəşriyyat bildirir ki,, "Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir.
Kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub, gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir.
Mərasim saat 15:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq. "Alman malı” müəllifin sayca dördüncü kitabıdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















