Əbülfəs Qarayev: “Yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır"

"İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, öz haqqında ciddi düşünməlidir: "Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaldan və özünü xalq qarşısında məyus etməkdən başqa bir şey deyil.
Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır, sözlərinə, ifadələrinə nəzarət etməlidir”
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















