“CinemaPlus” kinoteatrında “Ən yaxşı 8 görüş” filminin nümayişi

Azərbaycanın premium kinoteatrı "CinemaPlus”un, romantik kino sevərləri üçün sevindirici xəbəri var. 8 mart ərəfəsində Rusiya istehsalı olan "Ən yaxşı 8 görüş” komediyasının nümayişi keçirilib.
Film həmişə məzəli əngəllərə düşən Vladimir Zelenskinin qəhrəmanının şən sərgüzəştləri haqqında bəhs edir. Bu dəfə ona gözəl Vera Brejneva yoldaşlıq edəcək. Filmin rejissoru Maryus Vaysberq. Həmçinin filmdə Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin və başqaları çəkilib.
Günəşli günlərin bir günü baytar klinikasının uğurlu sahibi sağalmaz xəstəliyə düçar olub. Lakin o, heç şübhələnmirdə ki, bu həkim səvhidir və ciddi olaraq, arvadı, uşaqları və biznesinin kim qeydinə qalacağını haqqında fikirləşir. Və birdən onun ağlına fikir gəlir, nə qədər təəssüf verici olsa da, artıq özünə əvəz edici tapmaq lazımdır.
Beləliklə, ciddi seçimdən sonra etibarlı və zərərli vərdişləri olmayan İlya adlı yanğın söndürən xoşniyyətlilik bəhanəsilə Sokolovların ailəsində məskunlaşır. Nikita "əvəzləmə” kodu adı altında gizli əməliyyata başlayır. Lakin Nikita səhhətinə heç bir təhlükə olmadığını anlayanda artıq gec olur! Gözəl İlyanı artıq hər sevməyi bacarıb, hətta baytar klinikasının xəstələri belə. Həyat uğrunda savaş yox, artıq sevgi uğrunda savaş hələ indi başlayır.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















