Anarın əsəri İranda nəşr olundu

Hazırda Fikrət Qocanın Dayanacaqda görüş əsərləri çapa hazırlanır
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə xalq yazıçısı Anarın "Dantenin yubileyi" romanı "Böyük qurultay" adı ilə Tehranın "Noxbeqan" nəşriyyatında işıq üzü görüb.
Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən məlumat verilib.
Kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır.
Xatırladaq ki, AYB-nin Güney Azərbaycan şöbəsi və Yaşmaq sıra kitablarının birgə fəaliyyəti nəticəsində son iki ildə Güney Azərbaycanda bir çox quzeyli yazıçıların əsərləri, o cümlədən xalq yazıçısı Anarın "Nəsrin fəzası", Kamal Abdullanın "Sehirbazlar dərəsi", Vaqif Səmədoğlunun "Bu yolların yuxusunu kim görüb", İsa Müğannanın "Doğma və yad adamlar", Afaq Məsudun "Suiti", Şahmar Ələkbərzadənin "Utanım yerinə, ay utanmayan!", Mirəli Seyidovun "Bayram və bayramlıq", İsmayıl Şıxlının "Ölüləri qəbiristanda basdırın", Əlisəmid Kürün "Sonuncu dua" kitabları işıq üzü görüb.
Hazırda Fikrət Qocanın "Dayanacaqda görüş" əsərləri çapa hazırlanır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















