"M.Teatr Production" ilk tamaşasını təqdim etdi

Azərbaycanda "Media Company"nin nəzdində "M.Teatr Production" adlı yeni müstəqil teatr yaradılıb.
"Report" xəbər verir ki, yeni yaradılan teatrın bədii rəhbəri, əməkdar artist Vidadi Həsənov, direktoru Amil Əyyubdur. Teatrda gənc və istedadlı sənətçilər toplanıb. Bu gün "M.Teatr Production" ilk tamaşası "Məsəl, ya...”nı Rəşid Behbudov adına Mahnı Teatrında nümayiş etdirib.
Təqdimat mərasimində şair Ramiz Rövşən, rejissor Ramiz Həsənoglu, xalq artisti Fuad Poladov, Bəxtiyar Xanızadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət, kino və teatr xadimləri iştirak ediblər.
Tamaşadan əvvəl əməkdar artist Vidadi Həsənov çıxış edərək, yeni yaratdığı teatr barədə danışıb: "Gələcəkdə nə olacağını bilmək istəyirsənsə, bu gün nə elədiyini öyrən".
Bundan sonra tamaşanın nümayişi başlayıb.
Qeyd edək ki, "Məsəl, ya...” adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edir. Üzeyir bəy Hacıbəylinin "Ordan-burdan” kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə - tamaşada iştirak edən beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar. Amma, bu səyahət "bu gündən” keçmişə deyil, əslində " keçmişdən” bu günə səyahətdir. Bəs görəsən, ordan – keçmiş adlı uzaq bir "məmləkətdən” baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o "gələcək” adlı xəyali "diyara” nə ilə və nə üzlə gedirik? Tamaşada bu suallara cavab axtarılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















