Vaqif Səmədoğlunun "Sandıq Şeirləri" adlı kitabı çap edildi

Yeni kitaba mərhum şairin indiyədək çap edilməyən şeirləri daxil edilib
Görkəmli Azərbaycan şairi Vaqif Səmədoğlunun yeni şeirlər kitabı çapdan çıxıb.
Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
"Sandıq şeirləri" kitabına V.Səmədoğlunun heç vaxt çap edilməyən şeirləri daxil edilib. 216 səhifəlik kitab AYB kitab layihəsi çərçivəsində işıq üzü görüb.
Onun sözlərinə görə, yeni kitab VI Şairlər Günü münasibətilə çapdan çıxıb. Kitabın təqdimat mərasimi iyunun 5-də Şairlər Günündə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
"Sandıq şeirləri"ni toplayan, tərtib edən Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilovadır.
Kitabın ön söz müəllifi Xəyal Rzadır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















