Putin Elton Jonla görüşməyəcək

Rusiya Prezidenti Vladimir Putin bu ay britaniyalı pop müğənni Elton John-un Rusiyaya səfəri zamanı onunla görüşməyəcək. Səbəb qrafikdəki sıxlıqdır. Məlumatı Kreml mayın 26-da yayıb.
Kremlin sözçüsü Dmitry Peskov deyib ki, John Rusiyada gey hüquqlarını müzakirə etmək istədiyini bildirəndən sonra Putin belə bir söhbətə hazır olub.
"Belə bir razılaşma olmuşdu ki, qrafiklər uyğun gəlsə, görüşsünlər”, Peskov deyib. "Təəssüf ki, bu dəfə görüş baş tutmayacaq”.
Putin 2013-cü ildə ziddiyyətli antigey qanunu imzalayıb. Gey olan John mayın 30-da Moskvada dəbdəbəli ticarət mərkəzində çıxış edəcək.
Rusiya prezidenti mayın 27-28-də Yunanıstana səfər edir. Ancaq müğənni ilə görüşə bilməməsinin səbəbi aydın deyil. (Azadliq.org)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















