Əbülfəs Qarayev Rusiyada “İNAM” mükafatına layiq görüldü

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyada "İNAM" mükafatına layiq görülüb.
"Report” TASS-a istinadən xəbər verir ki, sözügedən mükafat hər il təsviri incəsənət sahəsində "Ənənələr və müasirlik" festivalı çərçivəsində təqdim olunur.
Təntənəli mükafatlandırma mərasimi çərşənbə axşamı Moskva Beynəlxalq Musiqi Evinin Teatr zalında baş tutub.
Qaliblər 19 ixtisas və 3 xüsusi nominasiya üzrə müəyyən edilib. Nazir bu mükafata Azərbaycan nümayəndə heyətinin müsabiqədə çox fəal iştirak etməsi və çoxlu sayda əsər təqdim etməsi səbəbindən layiq görülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















