Azərbaycanlı yazıçının kitabı Türkiyədə nəşr edilib

Azərbaycanlı yazıçının əsəri Türkiyədə işıq üzü görüb.
AYB mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Əzimə Ağalarovanın "Yıpranmış hayaller peşinde” kitabı İstanbul-Azərbaycan Mədəniyyət Dərnəyində çap edilib.
Araşdırmaçı-yazar Mətin Yıldırımın tərcümə etdiyi əsərin bu ilin oktyabr ayında İstanbulda təqdimatının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ə.Ağalarova həmçinin "Gecələrdə gizli qaldım”, "Bakıdan Qahirəyə və Stokholma uzanan yol” və "Təyyarə qanadında uçan ruh” romanlarının da müəllifidir. "Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsəri keçən il İsveçin paytaxtı Stokholmda "A long trip from Baku to Cairo” adı altında nəşr edilib və Avropanın 5 ölkəsində online satışa çıxarılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















