Bakıda doğulan tanınmış yazıçı Parisdə vəfat edib

1934-cü ilin martında Bakıda dünyaya göz açan tanınmış yazıçı və kolleksiyaçı Aleksandr Qlezer iyunun 3-dən 4-nə keçən gecə 82 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə mərhumun yaxın dostlarından biri məlumat verib.
Aleksandr Qlezer uzun müddət Ufada (Rusiya) yaşayıb. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlayıb və gürcü şairlərinin 7 kitabını tərcümə edə bilib. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanıb və onları toplamaqla məşğul olub. 1970-ci illərdə Sovet İttifaqından deportasiya edilib. Sürgündən sonra şair Fransaya köçüb və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini ora apara bilib. Sonradan o ABŞ-ın Nyu-Cersi ştatına köçüb.
Mərhum Fransa paytaxtının Sen-Jenevyev-de-Bua şəhəri məzarlığında torpağa tapşırılacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















