Puşkin Azərbaycanda yad edildi

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 217-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə onun abidəsi önündə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova bildirib ki, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu var.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, Azərbaycandakı Rus İcması sədrinin birinci müavini Yuri Zenin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.
Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















