"Köşk” bədii filminin çəkilişlərinə başlanıldı

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında "Köşk” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb.
APA-nın məlumatına görə, filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin, azərbaycanlı Azər və gürcü qızı Leylanın sevgi əhvalatından bəhs edir.
Romantik komediya janrında olan filmin ssenari müəllifləri İmir Məmmədli, Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















