Lüksemburqda "Mənim Azərbaycanım" adlı fotosərgi

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Aİ-də daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Lüksemburqun Azərbaycan Mədəniyyət Birliyinin prezidenti Lea Linster ilə birgə "Mənim Azərbaycanım" adlı fotosərgisini açıb.
"Report" xəbər verir ki, Lüksemburqdakı "Qarabağ" mərkəzində keçirilən sərgi iyunun 10-na qədər davam edəcək. Sərgirə azərbaycanlı fotoqraf Orxan Aslanovun Azərbaycanın müxtəlif güşələrində çəkilən və respublikanın gözəlliklərini əks etdirən işləri nümayiş olunur.
Sərginin açılış mərasimində Lüksemburqda akkreditasiyadan keçən diplomatik korpusların rəhbərləri və nümayəndələri, o cümlədən Rusiya səfiri Viktor Sorokin, Türkiyə və ABŞ diplomatları iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















