Rusiyanın tanınmış aktyoru vəfat edib

Rusiyanın tanınmış aktyoru, müğənni və teleaparıcı Aleksey Dayneko vəfat edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı sənətçinin dünyasını dəyişməsi ilə bağlı xəbəri həyat yoldaşı sosial şəbəkədə yayıb.
A.Daynekonun ölümünün səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, iyunun 1-də A.Daynekonun ayağının sınması haqqında məlumat yayılıb. Həmin hadisədən sonra aktyorun səhhətində dəyişiklik qeydə alınmayıb.
Son illər Rusiyada çəkilən kriminal seriallarda rollar ifa edən A.Dayneko 1970-ci il iyunun 5-də anadan olub. O, kino karyerasında 30-dan çox film və seriala çəkilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















