“Ağ ölüm” bölgələrə gedir

Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bugünlərdə Respublikamızın bölgələrinə qastrol səfəri edəcək.
Səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» və 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı», eləcə də 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çərçivəsində baş tutacaq.
V.Siqarevin "Şeytan ailəsi” əsəri əsasnda hazırlanmış "Ağ ölüm” tamaşası Azərbaycanın cənub bölgəsinə - Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, hər il ənənəvi olaraq keçirilən qastrol səfəri bu il iyun ayının 27-dən – iyul ayının 1-dək həyata keçiriləcək.
Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 88-ci teatr mövsümünə iyul ayının 1-də Astara rayonunda yekun vuracaq.







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















