"Hacı Qara" ilə 47-ci mövsüm bağlanışı

Tamaşa iyulun 15-də Sumqayıt Mədəniyyət evində olacaq
Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümün bağlanışına hazırlaşır.
Bu barədə "Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ötən mövsüm bir-birindən maraqlı tamaşalar ərsəyə gətirən Sumqayıt Teatrı bütün sosial təbəqələr və yaş qruplarını nəzərə alıb. Sumqayıt Dövlət Dram Teatrı 47-ci teatr mövsümünü M.F.Axundovun "Hacı Qara” komediyası ilə bağlayacaq. Mövsümün son tamaşası iyulun 15-də Sumqayıt Mədəniyyət evində (keçmiş Nizami kinoteatrında) olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















