88-ci teatr mövsümünün “Sima”sı təqdim ediləcək

Sabah saat 13.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş iclas keçiriləcək.
İclasda mövsüm ərzində seçilən teatr əməkdaşları "Sima” teatr mükafatı ilə təltif olunacaqlar. Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.
Ötən ildən fərqli olaraq bu il nominasiyalara bir qədər dəyişiklik edilib. Belə ki, bu ilki mükafatlar "ən yaxşı tamaşa”, "mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, "mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, "mövsümün ən uğurlu baletmeysteri”, "mövsümün seçilən aktyoru”, "mövsümün ən məhsuldar aktyoru” "mövsümün ən məhsuldar aktrisası”, "mövsümün ən yaxşı texniki işçisi”, "mövsümün perspektivli aktyoru”, "teatrın dostu”, "mövsümün ən işgüzar əməkdaşı”, "mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi mükafat ilk dəfə ötən il bir qrup teatr əməkdaşına təqdim olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















