• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki festivalında Azərbaycanın zəngin mətbəxi dünyaya tanıdılıb

Şəki festivalında Azərbaycanın zəngin mətbəxi dünyaya tanıdılıb
21.07.2016 19:48
İyulun 20-də Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə III Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilib.

Şəki şəhəri İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, şəhərin Yuxarı Karvansara mehmanxanasında keçirilən festivalda respublikanın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.

Festivalda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın xalqımızın mənsub olduğu qeyri-maddi mədəni irsin qorunub saxlanması və təbliğ olunması, eyni zamanda, Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaq məqsədi daşıdığını bildirib.

Vurğulanıb ki, festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi təcrübə, vərdiş, bilik və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb.

Qeyd olunub ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki özünün ipəyi, eyni zamanda, halvası ilə tanınır.

Vurğulanıb ki, şirniyyat festivalı təkcə Şəkinin deyil, həmçinin Azərbaycanın zəngin mətbəx mədəniyyətinin tanıdılmasında əhəmiyyətli rol oynayacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli bildirib ki, Şəki ilə "paytaxt” sözü artıq doğmalaşıb. 2010-cu ildə Şəki şəhərinin Azərbaycanın sənətkarlıq paytaxtı seçildiyini xatırladan nazirliyin rəsmisi Şəkinin 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin önəmini vurğulayıb. "Bu, o deməkdir ki, Şəki şəhəri artıq Azərbaycan miqyasından çıxıb, beynəlxalq səviyyəli paytaxt olub”, - deyə Y.Hüseynli bildirib.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib ki, Şəki artıq Azərbaycanın şirniyyat paytaxtıdır. İndi əsas diqqət Şəkinin dünyanın şirniyyat paytaxtı kimi tanıdılmasına yönəldilməlidir.

Sonra festival iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gələn qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. Burada sərgilənən iştirakçı ölkələrin milli mətbəxinə aid şirniyyat nümunələri, Azərbaycan qənnadıçılarının hazırladıqları unlu qənnadı məhsulları (paxlava, qatlama, fəsəlli), milli şəkərli şirniyyatlar (noğul, müxtəlif halva nümunələri) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İştirakçı ölkələrin, eləcə də Azərbaycanı təmsil edən şirniyyat ustalarının öz məhsullarını milli paltarda təqdim etmələri, sərgi yerlərinə bölgələrimizə məxsus olan məişət əşyalarının, xalçaların düzülməsi festival iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.
Ən yaxşı qənnadı məmulatları nominasiyası üzrə birinci yeri Ukrayna qənnadıçıları tutub. Yunanıstan və Rusiya Federasiyası Çuvaşiya Respublikasının qənnadıçıları sonrakı yerlərə layiq görülüblər.

Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə Zaqatala və Ağsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Gəncə qənnadıçıları qalib gəliblər. Oğuz, Ucar və Naftalan qənnadıçıları ikinci, İsmayıllı, Qəbələ, Ağdaş və Qazax qənnadıçıları isə üçüncü yeri tutublar.
Festivala ən çox şirniyyat gətirən şəhər və rayonlar arasında Zaqatala, Göyçay, Bakı şəhəri, Qax və Abşeron rayonları fərqləniblər.

Tədbirin yekunlarına görə, Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

Festivalda Şəkinin və Bakıdan gəlmiş musiqi, rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol