'Türkmən sülalələri' çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə «Türkmən sülalələri» (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında «İranın Kembric tarixindən» çıxarışlar) kitabı işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu yeni nəşr «İranın Kembric tarixindən» çoxcildliyinin VI bölməsinin tərcüməsidir. Kitabın tərcüməçisi institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.
Terminlər və sülalə adları lüğətinin də yer aldığı nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirir.
Kitab Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsinə, o cümlədən tarixçi, müəllim və tələbələrə nəzərdə tutulub. (Azadliq.org)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















