Batumidə "Xəmsə" baletinin premyerası

Gürcüstanın Batumi şəhərindəki Yay teatrında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" əsəri əsasında hazırlanan eyni adlı baletin premyerası keçirilib.
Azərbaycanın Batumidəki baş konsulluğundan "Report"a verilən məlumatına görə, premyera Gürcüstanın "Mədəniyyətlər dialoqu - XXI əsr" Assosiasiyasının prezidenti Valeri Asatianinin təşəbbüsü ilə Georgi Aleksidze adına Tbilisi müasir balet kamera truppasının ifasında, truppanın bədii rəhbəri Məryəm Aleksidzenin rəhbərliyi altında baş tutub.
Balet məşhur bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycan xalq artisti, Tbilisi şəhərinin fəxri vətəndaşı Polad Bülbüloğlunun musiqisi əsasında səhnələşdirilib.
Baletin premyerasında Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov da iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















