Amerikanın tanınmış aktyoru vəfat etdi

Amerikanın tanınmış komediya aktyoru, "Emmi" mükafatının laureatı, yəhudilərin "İdiş" teatrının ulduzu Fayvuş (Filip) Finkel 93 yaşında vəfat edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, aktyor Nyu-Yorkda dünyasını dəyişib.
Qeyd edək ki, Fayvuş Filip Finkel 1922-ci ildə Bruklində yəhudi emiqrantların ailəsində dünyaya gəlib. 10 yaşında olarkən yəhudilərin idiş dilində tamaşalar hazırlayan teatrında çıxış etməyə başlayıb. İdiş dili Şərqi Avropada yəhudilərin danışdıqları ünsiyyət vasitəsi olub. 1960-cı illərdə idiş dilində tamaşalar oynayan teatrların populyarlaşması ilə Fayvuş Filip Finkelin də məşhurluğu artır.
Aktyor 1965-ci ildən böyük səhnədə çıxış etməyə başlayıb.
Amerikada tanınmış teatr və kino aktyoru olan F.Finkel nüfuzlu "Emmi" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.
Aktyor ömrünün son illərində teleseriallarda çəkilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















