Əməkdar mədəniyyət işçisi dünyasını dəyişdi

Bu gün Babayev Vaqif Baba oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Bu barədə Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Trend-ə məlumat veriblər.
Vaqif Bababyev 05 mart 1943-cü il tarixində Bakı şəhərində anadan olub. O, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. V.Babayev müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Əlcəzair Demokratik Xalq Respublikaasının Milli Musiqi İnstitutunda, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim vəzifələrində çalışmışdır O, uzun müddət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri vəzifəsində işləmişdir. 2013-cü ildə "Əməkdar mədəniyyət işçisi” mükafatına layiq görülmüşdür.
Allah rəhmət eləsin!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















