• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə Qafqaz və Avropada ən qədim katakomba tapılıb

Qəbələdə Qafqaz və Avropada ən qədim katakomba tapılıb
18.08.2016 11:43
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ rayonu ərazisindəki Xalkolit və Tunc dövrlərinə (e.ə. 4-3-cü minilliklər) aid arxeoloji abidələrin tədqiqi ilə məşğul olan "Qədim Qəbələ” ekspedisiyası 2016-cı ilin yay mövsümündə araşdırmaları davam etdirir.
 
Bu barədə APA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib. Məlumata görə, institutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi bu ekspedisiyanın əsas tədqiqat obyekti əvvəlki illərdə olduğu kimi bu il də Qəbələ beynəlxalq aeroportu ərazisindəki Leylatəpə arxeoloji mədəniyyətinə aid Qalayeri qədim yaşayış məskəni olub. Xalkolit dövrünə - e.ə. 4-cü minilliyin birinci yarısına aid bu abidədə aparılan qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət qalıqları – gildən, daşdan, metaldan və sümükdən hazırlanmış əmək alətləri aşkar edilib.
 
Müəyyən edilib ki, Qalayerində müxtəlif tip saxsı qablar qədim Yaxın Şərq mədəniyyətlərində olduğu kimi dulus çarxında hazırlanıb. Abidədə eyni zamanda o dövrdə istehsalda ən yüksək texnoloji üsul hesab edilən dulus çarxının hissələri də aşkar olunub: "Arxeoloji ekspedisiya elmi çevrələrdə sensasiya doğuracaq kəşfə də imza atıb. Belə ki, Qalayerində qazıntıların ən böyük uğurlarından biri –  mədəni təbəqənin altında, xam torpaqda qazılmış katakomba tipli qəbir abidəsinin aşkar edilməsidir”.
 
N. Müseyiblinin bildirdiyinə görə, abidənin ilk məskunlaşdığı dövrə, yəni 6 min əvvələ aid bu qəbir Qafqazda və Avropada katakomba tipli ən qədim qəbir abidəsidir.
            
Ekspedisiya rayonun Dizaxlı kəndində, kənd sakini Yasin Qəribovun məlumatı əsasında Qaraçayın hündür sağ sahilində yerləşən Erkən Tunc dövrünə aid nekropolda 2014-cü ildə başladığı tədqiqat işlərini davam etdirib və qəbirdə dəfn edilmiş insan skeleti ilə yanaşı metaldan və müxtəlif minerallardan hazırlanmış 100-dən artıq bəzək əşyaları, 30-a yaxın saxsı qablar aşkar edilib.
 
 
Buradakı məzarlardan aşkar edilmiş arxeoloji materiallar, onların digər abidələrdən olan tapıntılarla müqayisəli təhlili əsasında ekspedisiya rəhbəri bildirib ki, aşkar olunmuş artefaktlar Kür-Araz Mədəni Tarixi Birliyi çərçivəsində e.ə. 3-cü minillikdə Şirvan, Quba-Xaçmaz bölgələrini, Cənubi Dağıstanı, xüsusilə də Dərbənd ətrafı əraziləri əhatə etmiş Şərqi Qafqaz mədəniyyətini və onun səciyyəvi xüsusiyyətlərini müəyyən etməyə geniş imkan yaradıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol