Pantomima Teatrı mövsümü "Adagio" tamaşası ilə açacaq

Teatrın kollektivi sentyabrın 1-də işə çıxacaq
Pantomima Teatrı yeni mövsümü sentyabrın 17-də "Adagio" tamaşası ilə açacaq.
Bu barədə "Report"a teatrın direktoru, əməkdar artist Elman Rəfiyev məlumat verib.
Bəxtiyar Xanızadənin quruluş verdiyi tamaşa poetik düşüncə janrındadır. Premyerası ötən teatr mövsümünün sonunda keçirilən "Adagio" tamaşasında bir qrup şairin seçilmiş şeirlərindən istifadə olunub.
E.Rəfiyev bildirib ki, teatrın kollektivi hazırda məzuniyyətdədir və sentyabrın 1-də işə qayıdacaq: "Məzuniyyətdən qayıtdıqdan sonra yeni əsərin məşqlərinə başlayacağıq. Yeni tamaşanın premyerası noyabr-dekabr aylarında olacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















