Xalq artisti Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır

Xalq artisti Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır.
M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyor hazırda Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alır:
"Həkimlər əllərindən gələn edirlər ki, onun vəziyyəti normallaşsın. Qan azlığı var, bu gün qan köçürüləcək. Amma huşu yerindədir. Hələ ki, palataya köçürülməkdən söhbət getmir. Ola bilsin, bu həftə ərzində reanimasiya şöbəsində saxlanılsın”.
M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















