Mədəniyyət mərkəzinə yeni direktor təyinatı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Məmmədova Yeganə Qüdrət qızı və V.Mustafazadə adına mədəniyyət mərkəzinin direktoru vəzifəsinə İbrahimova Afət Tofiq qızı təyin olunublar.
"Qafqazinfo"nun məlumatına görə, həmçinin, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Nuriyeva Gülara Vahid qızı təyin edilib.
Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















