“Yazıçılar Birliyində Anarın yerinə göz dikənlər var”

Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən çıxıb. Bu barədə o, şəxsi facebook səhifəsində məlumat yayıb. Səbəb kimi doğum günlərinin qeyd edilməməsi göstərilib.
Adıçəkilən qurumun sədri Anar Rzayev şairin tələskənliyə yol verdiyini söyləyərək "tədbir də olacaq, təbrik də” deyib.
Adıçəkilən qurumun sədri Anar Rzayev şairin tələskənliyə yol verdiyini söyləyərək "tədbir də olacaq, təbrik də” deyib.
Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-açıqlamasında yazıçılar arasında yaranan söhbətlərə aydınlıq gətirməklə yanaşı, Yazıçılar Birliyində Anarın "yerinə göz dikən” şəxslərdən də danışıb.
"Düzü, bilmirəm, Rüstəm Behrudi hansı iddialarla çıxış edib. Amma, nədənsə neçə illərdir ki, Yazıçılar Birliyinin sədri Anar müəllimə qarşı bəzi adamlarda qısqanclıq hissi var. Sovet dövründə yazıçılar arasında da münaqişələr, qruplara bölünmə halları var idi. Amma, bu, şəxsi münasibətlərdən çox ideoloji münasibətlər idi. İndi elə münaqişələr yoxdur. Əvvəla, burada belə bir məsələ var. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Anar müəllim Yazıçılar Birliyini qoruyub saxlayanda indi müəyyən şeylərə iddia edənlərin çoxu Yazıçılar İttifaqının dağılmasının tərəfdarı idilər. Bu tarixi biz yaşamışıq. Sonda da elə adamlar Anar müəllimin yerinə göz dikdilər ki, həmin adamlar vaxtilə müsahibələrində Yazıçılar İttifaqının ləğv olunmasını istədiklərini deyirdi”.
Deputat Yazıçılar Birliyinin sədri məsələsində Anardan başqa namizəd görmədiyini deyib.
"Anarın yerinə istənilən adama barmağınızı qoyun və deyin ki, "bu yazıçı, Anarı əvəz edə bilər”. Mən elə adam görmürəm. Əvvəla, Anarın işləməyə haqqı var. Yazıçılar İttifaqı müəyyən mənada Anarın əlində müstəqil oldu. Anar müəllim onu qoruyub saxladı, inkişaf elətdirdi. Azərbaycanın müstəqilliyi inkişaf etdikcə Yazıçılar Birliyi də inkişaf etdi”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















