Milli Qəhrəmana film həsr edildi

Noyabrın 3-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan "Samidə məktub” sənədli filmi nümayiş olunacaq.
ANN.Az Azərtac-a istinadən xəbər verir ki, "Yaddaş” Sənədli Filmlər Studiyasında hazırlanan ekran əsərinin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Ömər Kutiyev, səs rejissoru Teymur Abdullayev, prodüseri Cavid İmamverdiyev və montajçısı Ələkbər Hümbətovdur. Xronometrajı 16 dəqiqə olan film aprel döyüşlərində şəhid olmuş, Milli Qəhrəman Samid İmanova həsr olunub.
Filmin çəkilişləri Bakı və Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Neftçala şəhərində aparılıb. Film "Yaddaş” Sənədli Filmlər Studiyasının "Milli qəhrəmanlar” silsiləsində lentə alınıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















