“Qatil” filmi Tiflisdə nümayiş olunacaq

Dekabrın 4-də Tiflisdə keçirilən 17-ci Beynəlxalq Film Festivalı çərçivəsində xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında çəkilmiş "Qatil” filminin nümayişi olacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, film Tiflisdəki Şota Rustaveli adına teatrda göstəriləcək. Qeyd edək ki, nümayiş olunacaq film Gürcüstan və Azərbaycan kinematoqrafçılarının birgə istehsal etdikləri filmdir. Filmdə əsas rollarda gürcü aktyorları çəkiliblər. Filmin rejissoru Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdandır.
Məlumata görə, gürcü aktyorların oynadığı film gürcü dilinə tərcümə olunub. Film Gürcüstanla Azərbaycan arasında müştərək layihə olaraq Gürcüstanda çəkilib.
Filmin baxışına Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin gürcü ictimaiyyət nümayəndələri, kino xadimləri, eyni zamanda jurnalistlər dəvət olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















