Aydın Dadaşov dünyasını dəyişib

Tanınmış kinoşünas Aydın Dadaşov bir neçə saat əvvəl ürək tutmasından dünyasını dəyişib.
ANN.Az Enter.News-a istinadla xəbər verir ki, bu barədə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.
Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.
A.Dadaşov Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin "Kinoşünaslıq” kafedrasına rəhbərlik edirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















