İlk dəfə "CinemaPlus Azerbaijan" kinoteatrı fasiləsiz işləyəcək.

Bakı, 25 may: Premium kinoteatr "CinemaPlus Azerbaijan" çoxlu sayda kino həvəskarları üçün sürpriz hazırlayıb. İndi Bakıda gecəni təkcə restoran və klublarda əylənmək deyil həmçinin kinoya da baxmaq olar.
İyunun 1-dən etibarən "CinemaPlus Azerbaijan" kinoteatrı ilk dəfə fasiləsiz film nümayiş etdirəcək.
Kinoteatr Məmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə elə köhnə zamanda olduğu kimi Əbdülkərim Əlizadə küçəsindəndir. Bu əfsanəni "CinemaPlus” premium kinoteatrlar şəbəkəsi qaytarıb.
Kinoteatrda dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.
Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.
Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb.
Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb.
Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















