Leyla Əliyeva Rusiya ulduzlarını heyran etdi - FOTOLAR

Azərbaycan prezidentinin qızı Bakıda keçirilən "Jara" musiqi festivalında heyran edib. İstiPress-in məlumatına görə, Leyla Əliyevanın səmimiliyi və gözəlliyi hətta Rusiya mətbuatının da gündəminə düşüb.
Bakıda keçirilən möhtəşəm festivalın ikinci günü Sofi Rotarunun 70 illik yubileyinə həsr edilib. Qonaqlar arasında Leyla Əliyeva da olub. O, tədbirə əkizləri ilə birlikdə qatılıb.
Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində ikinci "Jara" Beynəlxalq Musiqi Festivalı iyulun 27-də başlayıb. Dörd gün davam edəcək festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
İyulun 29-da "Jara” Festivalının səhnəsini Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meldadze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyk'oz, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını ifa edəcək.
Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.
Xatırladaq ki, "Jara-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















