Tahir Əkbər vəfat etdi

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər 72 yaşında dünyasını dəyişib, bu barədə millət vəkili Aydın Mirzəzadə Feysbuk hesabında məlumat verib.
Qeyd edək ki, T. Əkbər ötən ilin noyabrında insult keçirmiş, 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.
Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı "Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















