• $
  • €
  • ₽
  • ₺
  • £

“Qazaxıstanın tam müstəqil olmasının əleyhinəyəm” – Oljas Süleymenov

“Qazaxıstanın tam müstəqil olmasının əleyhinəyəm” – Oljas Süleymenov
25.11.2014 22:06

“Əgər biz tam müstəqil olsaq, bu, Qazaxıstan üçün böyük təhlükəyə çevriləcək. Biz öz köhnə qonşularımızla eyni ittifaqda olmalıyıq”. Kult.az məşhur qazax şairi Oljas Süleymenovun Azadlıq radiosunun Qazaxıstan bürosuna müsahibəsini təqdim edir.    

– Ukraynadakı böhran, Krımın anneksiyası və Ukraynanın şərqindəki vəziyyət qazax cəmiyyətində parçalanma yaratdı. Aydın oldu ki, qazaxıstanlılar arasında Rusiyanın xarıcı siyasətinin həm tərəfdarları, həm də əleyhdarları var. Bu sizi narahat edirmi? 

– Mən buna “parçalanma” deməzdim. Fərqli fikirlər var. Ümumilikdə Qazaxıstanda məsələyə belə yanaşırlar: Ukraynada bütün bu fırtınalara səbəb olmuş qüvvələr, şübhəsiz ki, dərhal “rus dili Ukrayna ərazisində qanundan kənardır” deməklə böyük siyasi səhvə yol verdilər. Bununla da milyonlarla insanı itələyib özlərindən uzaqlaşdırdılar. Hər şeyin kökündə bu dayanır. Bizdə də buna oxşar cəhdlər olub, amma qarşısını almışıq. Buna görə də, allaha şükür ki, Qazaxıstanda vətəndaş müharibəsi, belə dramatik hadisələr olmayıb. Biz deyirik ki, bütün dillər, bütün xalqlar, bütün dinlər bərabərdir, eyni hüquqlara malikdir. Amma qazax dili dövlət dilidir. Hamı bunu anlayışla qarşılayır. Tədricən qazax dili millətlərarası ünsiyyət vasitəsinə çevriləcək. Bizim siyasətimiz buna yönəlib. Amma bunu zor gücünə etmirik. Bizi bir respublika, dövlət və millət olaraq bu qoruyub saxlayacaq.   

– Ukraynada baş verənlərə şəxsən sizin öz münasibətiniz necədir? Bu hadisələrdə “Kremlin əli”ni, yaxud “Qərbin müdaxiləsi”ni görürsünüzmü? 

– Orda hamının əli var: Qərbin də, Moskvanın da - hamının. Fərqləndirmək çətindir.   

– Hər halda, bu məsələdə mövqeyiniz necədir? 

– İstəyirəm ki, Ukraynada sülh bərqərar olsun. Mövqeyim bundan ibarətdir. Qoy ukraynalılar özləri öz aralarında danışıb razılığa gəlsinlər. Donbasdakılar, Luqanskdakılarla anlaşsınlar. Dinc yolla, silahsız, qətliamsız. İnanıram ki, sonda buna nail ola biləcəklər. Anlaşıb ya yollarını ayırsınlar, ya da bir yerdə olsunlar.   

– Gələn ilin əvvəlindən Qazaxıstan, Rusiya və Belarus arasında Avrasiya İqtisadi Birliyi fəaliyyətə başlayır. Məlum olduğu kimi, Rusiya hazırda Qərbin sanksiyaları ilə üz-üzədir, onun iqtisadiyyatında neqativ hallar baş verir. Belə bir ölkə ilə iqtisadi birliyi dəstəkləyirsinizmi? 

– Əlbəttə ki, dəstəkləyirəm. Avrasiya İttifaqı mənim çoxdankı ideyalarımdandır. Mən onu Nazarbayevdən də əvvəl səsləndirmişəm. Düşünürəm ki, Rusiya, Qazaxıstan, Belarus və başqa respublikalar, şübhəsiz ki, gələcək ittifaqda təmsil olunacaq, həmin ittifaq Avropa Birliyi ilə birləşərək nəhəng, qlobal Avrasiya İttifaqı yaradacaq. Atlantik Okeanından Sakit Okeana qədər. Bu, mənim arzumdur.  

 – Necə bilirsiniz, böhran vəziyyətində olan Rusiya ilə yaxınlaşmaq Qazaxıstana, iqtisadi və təhlükəsizlik baxımından mənfi təsir etməz ki? 

– Əksinə, mən hesab edirəm ki, böyük Rusiya ilə yaxınlaşmaq bu gün baş verən bir hadisə deyil, biz əsrlərdir yaxınıq. Bu, əksinə Qazaxıstanın təhlükəsizliyini təmin edir. Çünki Qazaxıstan böyük bir ərazini əhatə edir (2 milyon 700 min kv. km.) və cəmi 17 milyon əhalisi var. Bu torpaq təbii ehtiyatlarla zəngindir. Buna iddialılarsa çoxdur... Əgər biz tam müstəqil olsaq, bu, Qazaxıstan üçün böyük təhlükəyə çevriləcək. Biz öz köhnə qonşularımızla eyni ittifaqda olmalıyıq.

Kult.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol