Bayram Salamovun rəsmlərində bədii harmoniya – FOTOLAR

Rüstəm QasımovBu yaxınlarda "1969" qalereyasında, Tolyattidə yaşayan istedadlı Azərbaycan rəssamı Bayram Salamovun şəxsi sərgisi açıldı.Vernisaja baş çəkib laqeyd qala bilməzdim, buna görə də öz təəssüratlarımı sizinlə bölüşmək qərarına gəldim.Ekspozisiyayla tanışlığım düz qalereyanın girişində asılmış rəsmdən başladı. Bu rəsm məni çox təəccübləndirdi. Həmin rəsmdə musiqi alətində ifa edən qızın gözəlliyi əks olunmuşdu. Başında qırmızı şlyapa, yanında bir qədəh şərab və tünd qırmızı rəngli narların olduğu bu rəsm əsərində qırmızı rəngin parlaqlığı diqqətdən yayınmırdı. Məllifin gənc qızı bu cür incəliklə təsvir etməsi məndə inanılmaz təəssüratlar buraxdı. Bu an özlüyümdə fikirləşdim ki, əgər sərgi belə rəsmdən başlanırsa, onda ekspozisiya çox maraqlı olacaq. Mənim gözləntilərim özünü doğrultdu.Bayram Salamovun rəsmləri nəinki xüsusi üslubu ilə, rənglərin parlaqlığı, süjetin ifadəliliyi və çətin anlaşılması ilə, həm də rəsmlərin kifayət qədər böyük ölçüyə malikliyi və əsl incəsənət əsərləri olmasıyla fərqlənirdi. Rəssamın bir çox rəsmlərinə baxıb, belə nəticəyə gəldim ki, rəssam çətirləri sevir və parlaq palitra ilə məharətlə oynayaraq, çətirləri ən müxtəlif rənglərdə təsvir edir.Diqqətimi çəkən növbəti rəsmdə, alovlu rəqs edən şərq rəqqasəsinin obrazı canlandırılmışdır. Uçuşan saçlar və qaldırılmış əllər kişilərin ürəklərini fəth edən rəqqasəyə canlılıq və incəlik çalarları bəxş edirdi.Növbəti rəsm küçədə ifa edən saksofonçuya həsr edilmişdir. Yağışdan sonra küçəni müxtəlif rəng çalarlarında olan payız yarpaqları bürümüşdü.ANN.Az rəssamın digər rəsm əsərlərinin fotosunu təqdim etməklə oxucular üçün qiyabi sərgi təşkil edir: ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















