“Jara”nın finalında rusiyalı müğənni Azərbaycan dilində mahnı oxudu - FOTO+VİDEO

"Jara” Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu gününə yekun vurulub.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, final günündə Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın və Valeri Miladzenin yaradıcılıq gecəsi keçirilib.
Gecədə Nastasya Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, Emin Ağalarov, Qlyuk'oza, İntars Busulis, Diana Arbenina, Albina Canabayev, Vera Brejneva, MBAND, A`Studio, Artik Asti qrupları, Danil Buranov, Timur Rodrigez və başqaları Lyubov Uspenskaya və Valeri Miladzenin repertuarından mahnılar səsləndiriblər.
Lyubov Uspenskayanın Azərbaycan dilində oxuduğu "Ağ çiçəyim” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Gecə boyu səhnədə bir çox duetlər səsləndirilib.
Qeyd edək ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də, 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının monoton gecələrini çılğınlaşdırıb.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















