Anar Müşfiqin nəşinin tapılmasından danışdı

"O zaman bizim nakam şairimiz layiqli şəkildə dəfn edilər"
"O sümüklərin Mikayıl Müşfiqə aid olduğu dəqiq təsdiq olunmasa, bir söz deyə bilmərəm".
Bu sözləri aznews.aza açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar söyləyib.
O bildirib ki, Mikayıl Müşfiq güllələndikdən sonra nəşinin dənizə atılmayıb basdırıldığı və o sümüklərin doğrudan da Müşfiqə aid olduğu təsdiqlənərsə, bu, çox böyük hadisə olar: "O zaman bizim nakam şairimiz layiqli şəkildə dəfn edilər. Qəbri, məzarı da ziyarətgaha çevrilər. Amma gərək dəqiq təsdiq olunsun. Bu isə asan məsələ deyil. Mənə hələ ki, heç kəs heç nə deməyib. Axtarışla mütəxəssislər məşğul olur. Biz də gözləyirik. Təsdiq olunsa, onun dəfn edilməsi işlərində Yazıçılar Birliyi də iştirak edəcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















