“Nazir özü gəlmişdi yanıma” - VİDEO

Xalq artisti Ramiz Əzizbəyli bir neçə gündür ki, xəstəxanaya yerləşdirilib.
Anews.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları ötən gün özəl klinikalardan birində müalicə olunan sənətkara baş çəkiblər.
Ramiz Əzizbəyli bildirib ki, vəziyyəti ağırlaşandan sonra onu xəstəxanaya yerləşdiriblər. Üç dəfə insult keçirən xalq artisti ağır şəkər xəstəliyindən də əziyyət çəkir. O bildirib ki, orqanizmində 40-a yaxın xəstəlik aşkar edilib.
"Rəsmi qurumlar tərəfindən qayğı hiss edirsizmi?" sualına Ramiz Əzizbəyli belə cavab verib:
"Bir az bundan əvvəl Əbülfəz (red: Mədəniyyət naziri Əbülfəz Qarayev) özü gəlmişdi, şəxsən zəng etmişdi. Minnətdarlığımı bildirirəm".
Xəstəxanada Ramiz Əzizbəylidən aldığımız qısa videomüsahibəni təqdim edirik:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















