Əməkdar artist və oğlunun "O səs Türkiyə" yalanı

Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanoğlunun "O səs Türkiyə" yarışmasına qatılması haqda açıqlama vermişdi.
Anews.az axşam.az-a istinadən bildirir ki, "O səs Türkiyə" uzun müddətdir yayımlanmağına baxmayaraq, Emilin çıxışı hələ də nümayiş edilməyib. Bununla bağlı sosial şəbəkədə də müzakirələr aparılıb, Emilin özünü gündəmə gətirmək üçün yalan danışdığı bildirilib.
R.Rəhmanın özü "Bizimləsən" verilişində "Emil "O səs Türkiyə"yə getdi. Münsiflər onu ayaqüstə alqışladılar. Özünüz də yayımlananda görəcəksiniz" sözlərini deyib.
Aktyor əməkdaşımızın bununla bağlı suallarına isə etiraz edib. Əvvəlcə bu haqda danışmaq istəmədiyini söyləyən R.Rəhmanov daha sonra oğlunun çıxışının verilmədiyini bildirib:
"Ora gedən mən deyiləm, bu haqda niyə danışım? Emil ora gedib, çıxış da edib. Amma müəyyən səbəblərə görə alınmadı. Nə edək?"
Prodüser-aparıcı Tarix Əliyev də bu haqda İnstaqram-ında paylaşım edib. O, Emilin yarışmaya qatılması haqda çoxlu mesajlar aldığını bildirib:
"Çox söz-söhbət gəlib qulağıma çatır. Hətta mənə mesajlar da gəlir. Bəziləri deyir ki, heç Emil getməyib yarışmaya, bəziləri də deyir ona münsiflər dönməyib. Niyə bu qədər yalan danışsın ki? Bu, ona nə verəcək?
İndi də bəziləri deyir ki, Emilin heç xarici pasportu yoxdur. Rəhman müəllim özü bu haqda xəbər yaymışdı".
Emillə əlaqə saxlamağa çalışsaq da, telefonunu açmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















