Azərbaycanlı gənc ifası ilə türk münsifləri ağlatdı - VİDEO

Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə "TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi olub.
Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, yüzlərlə iştirakçı arasından finala 5 nəfər qalıb və Fərhad gözəl ifası ilə hər kəsdən fərqlənərəq birinci yerə layiq görülüb.
Yarışma zamanı maraqlı anlar yaşanıb. Belə ki, münsiflər heyətinin üzvü, bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı Fərhadın ifasını göz yaşları içində dinləyib. O, "Nə olar, bir daha oxuma, çünki bir də ağlamaq istəmirəm” deyə azərbaycanlı gəncin ifasına fikir bildirib.
Verilişin aparıcısı Duygu Atakan da Fərhad Rəhimlinin ifasını göz yaşlari içərisində dinləyib.
Qeyd edək ki, bu Fərhad Rəhimlinin beynəlxalq arenada ilk uğurudur. O Azərbaycan klassik və bəstəkar musiqilərini dünyada tanıtmağı qarşısına məqsəd qoyub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















