Şəfiqə Məmmədova: "Rasim Balayevin kabineti yoxdur deyə, indi belə danışır"

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Rasim Balayevin onun barəsində səsləndirdiyi tənqidi fikirlərə cavab verib.
Ş.Məmmədova "Ölkə.Az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevlə görüşdə özü üçün heç nə istəməyib:
"Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm. Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub.
Şəfiqə Məmmədova Rasim Balayevin "Birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır" fikrinə də münasibət bildirib:
"İttifaq açılıbsa, binası da olmalıdır. Binası olmayan ittifaq kimə lazımdır? Görünür indi Rasim Balayevin kabineti yoxdur deyə, belə açıqlama verir. Prezident görüşdə qeyd etdi ki, təkliflərinizi verin. Prezidentin tapşırığı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini hazırlayıb göndərəcəyik. Həmin təkliflərdə təkcə bina ilə bağlı yox, digər vacib təklifləri də qeyd edəcəyəm".
Qeyd edək ki, Rasim Balayev musavat.com-a açıqlamasında Şəfiqə Məmmədovanın Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına bina istəməsini tənqid etmişdi:
"Dəvət olunsaydım, mənim də deyəcəyim sözlər vardı. Mehriban Zəkinin Allah canını sağ eləsin. Mənim ürəyimdəkiləri dedi. Mən də getsəydim, kinomuzun problemlərini dilə gətirəcəkdim. Kimisi kino üçün çalışır, Şəfiqə kimilər də özünə kabinet axtarır. Şəfiqə Məmmədova deyir ki, Kino İttifaqının binası yoxdur. Ay Şəfiqə, birinci kino olmalıdır, sonra onun ittifaqına bina axtarılmalıdır. Zeynəb Xanlarova da deyir ki, şikayət etməyin. Camaatın ildə bir dəfə prezidenti görüb, fikirlərini deməsi normaldır. Sənət adamlarının problemləri deyilməlidir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















