"Ağamirzə məni narkoloji dispanserə yerləşdirdi" - Tanınmış meyxanaçının səhhəti pisləşdi (FOTO)

"Mətbuatın məni yada salmağı, axtarmağı mənəvi şəfayətdir. Bir az xəstəxanada yatdım, gördüm ki, ora mənlik deyil. Ağ ciyərimdə nəfəs çatışmazlığı var, bronxial astmadan əziyyət çəkirəm. Yol yeriyəndə, oturduğum yerdə təngənəfəs oluram. Həm də Aydının ölümünü eşidəndə psixi sarsıntı keçirmişdim. Ondan sonra üç gün vəziyyətim çox ağır oldu".
Anews.az Ölkə.az-a istinadən bildirir ki, Mahir Cürət ad çəkməsə də, bəzi insanlardan gileyli olduğunu da gizlətməyib:
"Müəyyən şeylər var ki, insan dilinə gətirə bilmir. Aydın ölənə qədər yanında ölən mən... Yerdə qalan hər kəs özü bilər. Aydının dərdini mən bilirdim, sonra hamı özünü dost kimi təqdim etdi. Aydının mənə vəsiyyəti də olmuşdu. Amma bunu açıqlaya bilmərəm. Heç bir həmkarımdan narazı deyiləm, hamının da xətrini istəyirəm. Həmkarlarımdan mənimlə daha çox Ağamirzə maraqlanır. O, bizim hamımızın ustadıdır, xətrini çox istəyirik. Yeganə adamdır ki, onu ustad kimi qəbul edirik".
Söz ustadı bildirib ki, Ağamirzənin sayəsində bir müddət öncə Maştağadakı narkoloji dispanserə yerləşdirilibmiş:
"Anam Ağamirzəyə zəng vurmuşdu ki, Aydından sonra Mahirin vəziyyəti daha da pisləşib. Ağamirzə də Maştağadakı narkoloji dispanserlə danışmışdı. Orada da üç gün qaldım. Çünki həmin dispanserdə həddindən artıq ağır xəstələr müalicə olunur. İndi də dərmanlarımı qəbul edirəm. Yeni səs yazıları hazırlayıram, inşallah, sağalıram".
Qeyd edək ki, Mahir Cürət ANS-in təşkil etdiyi ilk "De, gəlsin!" meyxana müsabiqəsinin laureatlarından olub.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 