Azərbaycanlı müğənni Rusiyada həbs olundu - Foto

Rusiya paytaxtında azərbycanlı müğənni həbs olunub.
APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə "Baza Telegram” kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı müğənni Rizvan Əliyev polis tərəfindən saxlanılıb. O, ev yandırmaqda və soyğunçuluqda şübhəli bilinir.
İş üzrə zərərçəkən kimi isə Rizvan Əliyevin masajçısı Mart Avilov tanınıb. Onun sosial şəbəkələrdə azərbaycanlı müğənninin ünvanına təhqirlər yazdığı bildirilib.Masajçı polisə ifadəsində mayın 25-də çağırışa getdiyini, lakin çağırışın yalan olduğunu və evə dönərkən yanğınla qarşılaşdığını söyləyib. O, evdən içərisində qızıl-ziynət əşyalarının olduğu seyfin də oğurlandığını bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















