Röyaya efir qadağası qoyuldu (VİDEO)

Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.
Anews.az axşam.az-a istinadən xəbər verir ki, artıq müğənninin klipləri "MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.
Bildirilir ki, buna səbəb Röya Ayxanın "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi "Onsuz da bütün mahnılar "Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından "Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb.
Həmin verilişdən dərhal sonra isə "MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.

Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 