Vüqar Biləcərinin atası: "Heç kim oğlumun 3 mərasiminə gəlməsin"

33 yaşında vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində baş verənlərlə bağlı artıq bir neçə gündür mediada xəbərlər yayılır.
Dəfn mərasiminə qatılan 60 nəfər sərt karantin rejimini pozduğu üçün cəzalandırılıb.
Anews.az bildirir ki, cəzalandırılanlar arasında meyxanaçılar Elşən Xəzər, Rəşad Dağlı, Pərviz Bülbülə və başqaları da yer alıblar.
R.Dağlının İnstaqram səhifəsində V. Biləcərinin atası Zakir Paşayevin adından müraciət yayılıb. Bildirilib ki, pandemiyaya görə yas mərasimi keçirilməyəcək və insanlar onların evlərinə gəlməsinlər:
"Pandemiya ilə əlaqədar Vüqarın 3 mərasimi keçirilməyəcək. Heç kim zəhmət çəkib gəlməsin. Xahiş edirik ki, narahatlıq yaratmasın. Vüqara yas saxlamaq istəyənlər öz evlərində, qəlblərində dua etsinlər. Bu, kifayətdir".
Qeyd edilir ki, meyxanaçı avqustun 29-da uzun müddət sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər