Məşhur türk aktyoru: "Azərbaycan əsgəri dastan yazır"

"Azərbaycan demək, Türkiyə deməkdir mənim üçün, bizim üçün. Azərbaycan xalqı bizim öz xalqımızdır, özümüzdür. Biz eyni duyğuları paylaşırıq, eyni millətik və bundan qürur duyuruq".
Anews.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur sənətçisi Orxan Gəncəbay Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə Azərbaycanın haqq mübarizəsindən danışarkən deyib.
Sənətçi Azərbaycanın yanında olduğunu ifadə edib: "Biz tarix boyu bərabər olmuşuq. Azərbaycana illərdir edilən haqsızlığı yaxından izləyirik. Onun torpaqlarını, vətənlərini bölmək, işğal etmək kimi hərəkətlər hamımızı çox narahat edib. İndi azərbaycanlı canlarımız, qardaşlarımız bu haqsızlığa qarşı uğurla mübarizə aparırlar və torpaqlarını azad edirlər. Biz bununla qürur duyuruq. Ermənistanın etdiyi yanlışlıqları təəssüf ki, dünya bilsə də, səsini çıxarmır. Şübhəsiz, bunların hamısı siyasi səbəblərdən olur. Ancaq Azərbaycan xalqı olduqca haqlıdır və bu haqqını sonuna qədər müdafiə edəcək".
Orxan Gəncəbay Azərbaycan Ordusuna da dəstəyini dilə gətirib: "Aslanlarımıza deyirəm ki, özlərinə diqqət etsinlər. Onlar dastan yazır hamısı. Savaş meydanında möhtəşəmdirlər. Kaş ki, sülhlə olardı bütün bunlar, ancaq demək ki, artıq belə gərəkir. Onlar gərəkəni layiqli bir formada edirlər. Hamısının gözlərindən öpürəm, bağrıma basıram, hamısı bizim övladlarımızdır, canlarımız, aslanlarımız".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















