Nazpəri erməni evindən çıxan fotosundan danışdı

Övladlarımızın qanı, Ali Baş Komandanımızın göstərdiyi güc bahasına alınan torpaqlarımıza görə çox xoşbəxtəm. Şükürlər olsun ki, Qarabağımız artıq bizimdir.
Mənim üçün Azərbaycan bölünməzdir. 27 il mən də qarabağlılar kimi bu həsrəti, acını yaşamışam. Hər bayramda soruşurdular ki, arzunuz nədir? Deyirdim, torpaqlarımız düşmən tapdağından geri qayıtsın. Eyni zamanda türk qardaşlarımıza təşəkkür edirəm. Nə yaxşı biz bir olduq, qardaşlar birləşdi. Bir olan yumruğu heç kim əyə bilməz”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.
Dostəliyeva son günlər sosial şəbəkədə yayılan videoya da münasibətini bildirib. Müğənni qeyd edib ki, erməni evindən fotosunun çıxması onu təəccübləndirməyib:
"Xoşbəxtəm ki, Azərbaycan sənətini bütün dünyada sevdirirəm. Mənim üçün qeyri-adi deyildi. Almaniyada tanımadığım almanların evində Rəşid Behbudovun plastinkasını, öz kasetimi görəndə təəccüblənmişdim. İsraildə avtobusda gedərkən Natali şəhərində kliplərimin yayımlandığını görmüşəm: "Nə olar Allahım ayırma bizi”, "Mənim göz yaşımı görməyəcəksən”. Dilimizi bilməyən insanlardır orada. Əlbəttə, musiqinin dili yoxdur.
Amma bunları çox görmüşəm. Orada çıxan şəklimə elə də əhəmiyyət vermirəm. Yəqin evdə tək fotom yox, mahnılarım da olub. Özüm haqqında böyük danışmağı sevmirəm, hər zaman gördüyüm işlər müzakirə edilib. Buna məncə heç kim pis rəy verməz.
Üç gündür telefon zənglərinə cavab vermirəm, özüm haqda danışmaq istəmirdim. Mən pafosla danışan biri deyiləm. Yalnız onu deyim ki, deməli, Azərbaycan musiqisini layiqincə təmsil edib, sevdirə bilmişəm”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















