• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda Aysel Əlizadənin kitabının təqdimatı olub

İstanbulda Aysel Əlizadənin kitabının təqdimatı olub
15.06.2014 12:30

Hikmət Alp: “Erkəklər” romanı məni çox heyrətləndirdi

Türkiyənin İstanbul şəhərində yazar Aysel Əlizadənin “Erkəklər” romanının imza günü keçirilib. “İstanbul Azərbaycan Kültür Mərkəzi”ndə baş tutan tədbirə Mərkəzin İdarə Heyətinin üzvləri, kitabın Türkiyə türkcəsində nəşrini həyata keçirən “İQ Kültür Sanat Yayıncılıq” evinin rəhbəri, İstanbulda yaşayan Güney Azərbaycandan olan soydaşlarımız, elm adamları, ədəbiyyatçılar və Türkiyə universitetlərindən müəllimlər qatılıb. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Hikmət Alp Türkiyə vətəndaşlarına Azərbaycanın gənc aydınlarının tanıdılmasının vacibliyindən danışıb: “İstərdik ki, Türkiyədə Azərbaycanın gənc aydınlarının fəaliyyəti ilə tanış olsunlar. Türk dünyasını birləşdirən ən önəmli körpülərdən biri də ədəbiyyatdır. Belə ədəbi örnəklərdən birinin tanıtımına yığışmışıq bu gün. Kitabı maraqla oxudum. Məni ən çox heyrətləndirən gözlənilməz keçidlər, oxucunu çaşdıran yazıçı manevrləri oldu”.

Daha sonra söz yazar Aysel Əlizadəyə verilib. Aysel xanım çıxışında hər kəsə təşəkkür edib: “Ədəbiyyat mənə görə dünyanın ən ciddi sahəsidi. Onun işığına yığışmaq olduqca zövqlüdü. Çox sağ olun ki, yaradıcılığımıza ilgi göstərmisiniz və bu gün bizimləsiniz. Hikmət bəyin dediyi kimi bu kitab aldadıcıdı. Belə demək mümkünsə “ikiüzlüdü”. Önəmli olan onun astarını, alt qatındakı mesajları duymaqdı”.

Daha sonra söz Yayın evinin rəhbəri Adəm Sarıgülə verilib. Adəm bəy çıxışında Aysel Əlizadənin sayca ikinci kitabını çap etdiklərini söyləyib. Buna səbəb Türkiyədə çağdaş Azərbaycan ədəbiyyatını tanıtmaq və yeni düşüncəyə dəstək vermək istəyi olduğunu bildirib. A.Əlizadənin əsərlərinin bir-birindən tamamilə fərqləndiyini və onun seçdiyi mövzuları ustalıqla ifadə etdiyini vurğulayıb. Tədbirə qatılan şair Metin Koca çıxışında bunları deyib: “Mən mindən artıq mahnının söz yazarıyam. Amma Aysel xanımın belə cavan yaşda səkkiz kitabı bu qədər az bir ömrə necə sığdırdığına heyrət edirəm. Yazıçılıq başlanğıcda o qədər də gəlirli iş deyil, bir çox çətinlikləri var. Amma şərəfli işdi. Bu işdə heç usanmadan yazıb yaratmağı arzulayıram yazarımıza”. 

Araşdırmaçı yazar Cumhur Turan isə çətinlikləri bəhanə edib işləməyən gəncliyi qınayıb: “Hər kəsin bir qatqısı olsa biz böyük bir kültürə xidmət edərik. Azərbaycanın dövlətçilik, ədəbiyyat, fikir tarixi Türkiyədən daha əskidi. Cümhuriyyət dönəminin yazarları, aydınları bu gündən qat-qat çətin bir dönəmdə yaşayıb-yaradıblar. Çalışmaq istəyən heç bir bəhanə gətirmədən böyük işlərin altına girir. Və bu bizi yalnız sevindirə bilər”. 

Bir sıra çıxışdan sonra tədbirdə Azərbaycan ədəbiyyatı müzakirə olunub. Sonda isə yazar qonaqlara imzalı kitab hədiyyə edib. 

Musavat.com

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol