• $
  • €
  • ₽
  • ₺
  • £

Şair İlyas Tapdıq xəstəxanaya yerləşdirilib

Şair İlyas Tapdıq xəstəxanaya yerləşdirilib
13.06.2014 20:42
Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdığın səhhətində problem yaranıb.APA-nın məlumatına görə, 80 yaşlı şair Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilib. İ. Tapdığın ürək ağrılarından əziyyət çəkdiyi bildirilir. Şair APA-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl ürəyində ağrılar başlayıb. “Bir müddət əvvəl müalicə olunduqdan sonra evə buraxıldım. Ancaq iki gün əvvəl yenidən ağrılarım başladı. Srağagün yenidən xəstəxanaya müraciət etdim, reanimasiya şöbəsinə yerləşdirdilər. Bu gün səhər isə palataya köçürülmüşəm. Həkimlər yataq şəraitində 10 gün müalicə almalı olduğumu bildirirlər”, - deyə İ. Tapdıq vurğulayıb. Şair əvvəllər ürəyindən şikayətlənmədiyini də bildirib: “Əvvəllər ürəyimdən şikayətim olmayıb. Lakin bu ilin yanvarında möhkəm soyuqlamışdım. Yaxşı müalicə olunmadığımdan yaşla əlaqədar bunun fəsadlarının ürəyində ağırlara səbəb olduğunu düşünürəm”. O, xəstələndiyi barədə üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini məlumatlandırmağı lazım bilmədiyini də qeyd edib. Qeyd edək ki, 1934-cü ildə Gədəbəy rayonunda anadan olan İ. Tapdıq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol