• $
  • €
  • ₽
  • ₺
  • £

ODA teatrı bəyanat yaydı – Diqqətsizlik

ODA teatrı bəyanat yaydı – Diqqətsizlik
09.06.2014 18:14
Bir neçə gün əvvəl maliyyə problemləri üzündən yerləşdiyi zirzəmidən çıxmaq məcburiyyətində qalan ODA teatrı bəyanat verib.
 
ANN.Az bəyanatı olduğu kimi təqdim edir.
 
“ODA Teatrının yerləşdiyi “Zirzəmi” məkanı 1 iyun 2014-cü il tarixində maliyyə çətinlikləri üzündən bağlandı. Bildirmək istəyirik ki, hazırda məkanımızın olmaması teatrın bağlanması demək deyil və “ODA” Teatrı bağlanmayıb. Teatr kollektivi müvəqqəti məkanlarda məşqlərini davam etdirir. Lakin məkanın olmaması teatrın fəaliyyətinə mənfi təsir göstərir. Biz bununla bağlı 23 may 2014-cü il tarixində dövlət büdcəsindən müstəqil teatra maliyyə və yaxud yer ayrılması üçün Prezident Administrasiyasına, Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər Fonduna, Gənclər və İdman Nazirliyinə və digər qurumlara müraciət etdik. Lakin indiyədək teatrın müraciətinə heç bir dövlət qurumu tərəfindən cavab verilmir və aidiyyəti qurumlar rəsmi müraciətlərimizi cavabsız qoyurlar.
 
Biz bu məsələyə hər kəsin diqqət ayırmasını və ölkənin yeganə müstəqil teatrının yer probleminin həllində yaxından iştirak etməsini istəyirik. Bunun üçün hər bir vətəndaş, tamaşaçılarımız müstəqil şəkildə müraciətlər edə və teatra yer verilməsini tələb edə bilər.
 
Bildirmək istəyirik ki, dövlət büdcəsi Azərbaycan vətəndaşlarının, teatrımızın daimi tamaşaçılarının və teatr kollektivinin, hər bir kəsin hesabına formalaşıb. Tamaşalarımızı nümayiş etdirmək üçün bizə yer ayrılmasını aidiyyəti qurumlardan tələb edirik. Çünki “ODA” ölkədə fərqli teatr ənənəsinin formalaşmasına xidmət edir. Bunlardan əlavə, ölkədə fəaliyyət göstərən yeganə müstəqil “ODA” Teatrının məkansız qalmasına biganə yanaşan dövlət qurumları “Teatr və teatr haqda” qanunun 4-cü maddəsinin 4.0.1. və 4.0.4. bəndlərini kobud şəkildə pozur. Mədəniyyət və Turizm Nazirliyi yeganə müstəqil teatrın müraciətini cavabsız qoymaqla teatr şəbəkəsinin inkişaf etdirilməsində maraqlı olmadığını, müstəqil teatra dövlət tərəfindən dəstək verilmədiyini açıq şəkildə göstərir. Halbuki adıçəkilən nazirlik hər hansı rəsmi müraciəti gözləmədən teatrın məkansız qalma xəbərini tutan kimi həmin teatrla əlaqə yaratmalı və problemin həllində birbaşa iştirak etməli idi. Bizim müraciətimizin cavabsız qalması ölkədə nazirlik tərəfindən, dövlət qurumları tərəfindən müstəqil teatra laqeyd münasibətin göstəricisidir. Bunlar onu göstərir ki, dövlət teatrların inkişafında, ölkədə mədəniyyətin formalaşmasında maraqlı deyil. Biz başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla aidiyyəti qurumları tənqid edir və qısa zamanda teatr aləmində özünəməxsus xətt yaratmış müstəqil “ODA” Teatrının probleminə biganə yanaşılmasını pisləyirik.
 
Eyni zamanda media nümayəndələrinin, vətəndaşların, tamaşaçılarımızın məsələni diqqətdə saxlamaqla, ictimai qınaq yaradaraq problemin həlli istiqamətində daha bir addım ata bilərik.
 
Bəyanat mediada yayılmaqla bərabər rəsmi qurumlara da göndərilir.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol